Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 14:08    |    Xəbər oxunub: 553 dəfə
Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib


İqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının 2017-ci il üzrə təqdimetmə mərasimi keçirilib. “Made in Azerbaijan” brendinin təşviqində verdiyi tövhəyə görə” “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi “UĞUR” Milli Mükafatına layiq görülüb.



Təqdimetmə mərasimində çıxış edən mərkəzin Baş direktoru v.i.e. Günel Sevdimalıyeva bildirib ki, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquq şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-cı il tarixli Fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib. Mərkəz ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə müqavilələrin qeydiyyatını aparan, mühafizə sənədləri və şəhadətnamələr verən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirən orqandır. G.Sevdimalıyeva qeyd edib ki, respublikada həyata keçirilən sosial-iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, prioritet sənaye və aqrar sahələrin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılmasına və ixrac imkanlarının gücləndirilməsinə yönəlib. Bu sahədə “Made in Azerbaijan” brendinin təşviqi məsələləri mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının qeyri-neft məhsulları ixracını stimullaşdırmaq məqsədilə “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi barədə verdiyi sərəncam və fərmanlar çərçivəsində mərkəz tərəfindən 2017-ci il ərzində bir sıra işlər görülüb. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkilatçılığı ilə “Azərbaycanda patent məlumat baza axtarışları və Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzlərinin İnkişafı”, “Sənaye nümunələrinin Beynəlxalq Qeydiyyatı üzrə Haaqa Sisteminin səmərəli istifadəsi”, “Əqli mülkiyyət və ənənəvi biliklər” və “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları” mövzularında beynəlxalq seminarlar keçirilib. Mərkəz Mərakeşin Kasablanka şəhərində keçirilmiş ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı tərəfindən təşkil olunan və ABŞ Dövlət Departamentinin Orta Şərq Tərəfdaşlığı Təşəbbüsü tərəfindən maliyyələşdirilən Kiçik və Orta Sahibkarlığın İnkişafı və Texnologiyaların Transferi üzrə Orta Şərq və Şimalı Afrika Regional Proqramını əhatə edən layihədə yaxından iştirak edib. İsveçrənin Cenevrə şəhərində keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələr Assambleyasının 57-ci sessiyasına qatılıb. Cari il ərzində mərkəzin və digər qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycana məxsus coğrafi göstəricilərin müəyyənləşdirilməsi və qeydiyyatı üzrə işçi qrupu təşkil edilib. Eyni zamanda Patent və Əmtəə Nişanları Mərkəzi ilə Moldova Respublikası Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Fransa Keyfiyyət və Mənşə Milli İnstitutu (İNAO) və Fransanın Azərbaycandakı Səfirliyi ilə birgə “Coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda elmi-praktiki konfrans təşkil olunub. Regionlarda da əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə qanunvericilik, beynəlxalq sistemlərlə əlaqə mövzularında seminarlar keçirilib. İlin sonunadək mərkəzin vəsaiti hesabına “Azərbaycan brendləri” kataloqunun nəşri həyata keçiriləcək və xarici ölkələrdə yayımı təmin ediləcək. G.Sevdimalıyeva deyib ki, Patent və Əmtəə Nişanları Mərkəzinin vasitəçiliyi ilə sahibkarlara məxsus brendlərin xarici ölkələrdə hüquqlarının qorunması təmin edilməkdədir. “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində artıq 90 milli əmtəə nişanı beynəlxalq mühafizə qabiliyyətini əldə edib. Məlumat üçün bildirək ki, “UĞUR" Milli Mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. Bu il keçirilən mərasim sayca 17-ci mükafatlandırma mərasimi idi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Hərbi xidmətlə bağlı dəyişiklik:

Hərbi xidmətlə bağlı dəyişiklik: DTX ilə XKX-ya səlahiyyət verildi

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq:

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq: “Nöqsanları aradan qaldırın”

Ermənilər mövqelərimizi atəşə tutub

Ermənilər mövqelərimizi atəşə tutub

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Model diqqəti geyimi ilə çəkdi-

Model diqqəti geyimi ilə çəkdi- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur