Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib


Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib


Dövlət Gömrük Komitəsinin Komitənin iki polkovniki – Rəhim Həsənovun Gürcüstanda, Namiq Canıyevin Türkiyədə həbsindən başqa komitənin imicinə mənfi zərbə vuran şəxslərdən biri də “Broker Əbülfəz” kimi tanınan "Broker MMC"-nin rəhbəri Əbülfəz Məlikovdur. Onu mətbuat da, iş adamları da yaxşı tanıyırlar.

Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, ekspertlər bu məsələyə çox liberal yanaşırlar. Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub. Onun “Broker” MMC, “Transbroker” MMC kimi qurumlarla uzun illər idxal-ixrac üzərində sərt monopoliya rejimi yaratması sirr deyil. Onun biznes gizlinləri ilə bağlı daxil olan məlumatlarda “HORSE HUSBANDRY” MMC-i ilə hansı əməliyyatlar həyata keçirdiyindən də bəhs olunur.

2011-ci ilin martında yaradılan bu şirkət üç şəxs tərəfindən təsis edilib ki, təsisçilərdən biri də Əblüfəz Məlikovdur. Neftin ucuzlaşması və məlum maliyyə-iqtisadi durum səbəbindən “broker”lərin nəzarət dairəsi də daralmaqdadır. Hazırda inhisarda barmaqla sayılacaq qədər sahələr qalıb. Ancaq bu tendensiya “Broker Əbülfəz”in gəlirlərinin azalması anlamını doğurmamalıdır…(nia24.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu