BP-də işləyənlər bu il maaş artımı gözləməsinlər


Mövcud bazar mühitində öz rəqabətqabiliyyətliliyini və səmərəliliyini saxlamaq məqsədilə BP şirkəti bir sıra cavab tədbirlərini nəzərdən keçirir. Bu barədə Trend-in sorğusuna cavab olaraq "BP Azərbaycan"dan bildiriblər.

Məlumata görə, belə tədbirlərdən biri də şirkətin bütün dünya üzrə işçilərinin illik əsasda maaşlarının nəzərdən keçirilməsi və müvafiq şəkildə artırılması prosesinin bu il üçün təxirə salınması qərarıdır. Başqa sözlə, şirkətin dünya üzrə işçilərinin 2015-ci il üçün əsas maaşlarının artırılması gözlənilmir: "Bu, bütövlüktə BP şirkətinə aiddir. Bununla belə dünyanın bir sıra yerlərində xüsusi hallarla bağlı bəzi istisnalar ola bilər. Azərbaycanda yerli işçilərin maaşlarının nisbətən artırılması üçün imkanlara baxılacaq və bunun üçün məhdud miqdarda büdcə də nəzərdə tutulub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu