Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək


Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyadan biznesə” gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi adlı layihənin təlimlərinə yekun vurulub.



Layihə çərçivəsində Bakı şəhərində üç peşəkar biznes təlimçi və gənc sahibkar – Orxan Şahbaz, Elvin Dadaşsoy və Kənan Hüseynli tərəfindən tələbə
- gənclərə ideyanı biznesə çevirməyin yolları haqqında təlimlər keçirilib. Təlimlər biznesə başlamaq üçün zəruri olan 3 əsas istiqaməti əhatə edib:
• Biznes ideyaların yaradılması (ideyanın tapılması, təhlili və seçilməsi)
• Biznes planların hazırlanması
• Öz biznesini qur! ( biznesin qeydiyyatı, zəruri işlərin planlaşdırılması və s).

Təlimlərdə çıxış edən layihə rəhbəri Həsənağa Hüseynov Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin əsas məqsədinin gənclərin biznes ideyalarını reallaşdırmaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə dəstək olmaqla onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi olduğunu qeyd edib və iştirakçılara təlimlərin önəmi haqqında məlumat verib. O, həmçinin qeyd edib ki, layihəyə ilk gündən çox böyük maraq olub. Belə ki, öncədən verilmiş elanlar nəticəsində layihədə iştirak üçün 400-dən çox elektron müraciət daxil olub. Layihə heyəti tərəfindən bütün müraciətlərə baxılıb və layihənin məqsədinə uyğun olaraq, istək məktubu əsasında 110 nəfər tələbə-gənc təlimlərdə iştirak üçün seçilib. Layihə rəhbəri bütün iştirakçılara uğurlar arzu edərək, layihənin onlar üçün faydalı olacağına ümid etdiyini vurğulayıb.
Hər bir təlimin sonunda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb və layihənin faydalılığını daha da artırmaq məqsədi ilə layihə rəhbərinin təşəbbüsü ilə bütün təlim iştirakçılarının və eyni zamanda layihəyə maraq göstərib müraciət edən ancaq seçilməyən 300-dən çox gəncin də elektron poçtuna təlimlərin təqdimat materialları və bizneslə bağlı elektron kitablar göndərilmişdir. Sonda bütün təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin rəhbəri Həsənağa Hüseynovdur.

Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək

Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu