Deputat Mikayıl Cabbarov üçün təkliflər hazırlayıb


Deputat Mikayıl Cabbarov üçün təkliflər hazırlayıb


Vergilər naziri Mikayıl Cabbarov rəhbərlik etdiyi qurumda ciddi islahatlara başlayıb. Nazirliyin yaydığı rəsmi məlumata əsasən, 64 vəzifə sahibi işdən azad edilib. İşdən çıxarılanlar arasında nazirin müşavirləri, idarə rəhbərləri və digər yüksək postların rəhbərləri də var. Ümumilikdə isə Vergilər Nazirliyində kadr dəyişikliklərinin bununla yekunlaşmayacağı, yaxın zamanlarda yeni təyinatların olacağı istisna edilmir.

Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov nazir Mikayıl Cabbarovun başlatdığı islahatlara münasibət bildirib. Deputat AzVision.az-a deyib ki, yeni vergilər naziri Mikayıl Cabbarov Təhsil Nazirliyində işləyəndə müəyyən qədər islahat aparan nazir kimi özünü göstərib.

Deputatın sözlərinə görə, Vergilər Nazirliyində müəyyən struktur islahatları aparılmalı, vergi sistemi təkmilləşdirilməli və bir sıra qanunlara dəyişiklik edilməlidir.

“Sahibkarlarla münasibət yüksək səviyyədə qurumalıdır ki, problem yaşanmasın. Bu baxımdan struktur islahatları davam edəcək. İslahatlar ona görə aparılır ki, sahibkarların işinə maneə olmasın. Bütün bunların hamısı kiçik və orta biznesin inkişafı üçün həyata keçirilir. Ötən il vergi sistemində dəyişikliklər oldu. Ümid edirəm ki, yeni nazirin vergi sistemi ilə əlaqədar təklifləri olacaq. Bizim özümüzün də müəyyən təkliflərimiz var”.

V.Əhmədov qeyd edib ki, islahatlar təkcə Vergilər Nazirliyində deyil, digər nazirliklərdə də aparılmalıdır: “İslahatlar hər zaman olub. 2017-ci ildə müəyyən qədər islahatlar həyata keçirildi. 2018-ci ildə də islahatların aparılacağı gözlənilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu