Koreyanın qərarı “Bitcoin”-i çökdürdü


Koreyanın qərarı “Bitcoin”-i çökdürdü


Dünyada ən məşhur kriptovalyuta olan “Bitcoin”-in dəyəri azalaraq 13130 dollara düşüb.



AzVision.az “CoinMarketCup”-a istinadən xəbər verir ki, “Bitcoin”-in dəyəri 8,7% ucuzlaşıb.

Qeyd edək ki, ötən gün Cənubi Koreyanın ədliyyə naziri Pak San Qi bəyan edib ki, hökumət ölkədə kriptovalyuta ilə ticarəti qadağa edən qanun layihəsi hazırlayır. Bu açıqlamadan sonra “Bitcoin”-in dəyəri düşməyə başlayıb.

Nazirin sözlərinə görə, hökumət virtual valyuta ətrafındakı vəziyyətdən narahatdır. Cənubi Koreya “Bitcoin” və “Ethereum”un satışı üzrə ən böyük bazarlardandır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu