İtaliya KİV: Bakı limanının illik yük qəbuletmə qabiliyyəti 25 milyon tona çatacaq

Xəbərin çap versiyası
Tarix: 12-01-2018, 12:58    |    Xəbər oxunub: 529 dəfə
İtaliya KİV: Bakı limanının illik yük qəbuletmə qabiliyyəti 25 milyon tona çatacaq


Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yanvarın 9-da Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı İtaliya mətbuatında geniş işıqlandırılıb.

Trend-in məlumatına görə, İtaliyanın “Trend Online”, “Milano Finanza”, “Oggi Treviso”, “Treviso Today”, “Fta Online”, “İrepi”, “Agenzia Nova” və digər kütləvi informasiya vasitələri tərəfindən yayılmış məqalələrdə yeni terminalın əhəmiyyəti, yük qəbul etmə qabiliyyəti və texniki göstəriciləri haqqında məlumat verilir. Həmçinin, terminalda logistik əməliyyatların idarə edilməsində İtaliyanın “DBA Group” şirkətinin iştirakından bəhs edilir.

Məqalələrdə yeni terminalın ildə 2 milyon ton yük və ya 60 min yük maşını qəbul etmək imkanına malik olduğu bildirilir. Qeyd olunur ki, terminalda bütün logistik əməliyyatların idarə edilməsi “DBA Group” tərəfindən yaradılmış Port-Line proqram təminatı vasitəsilə həyata keçirilir və Port-Line Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tranzit yüklərin maneəsiz daşınmasının asanlaşdırılması məqsədilə prosesin tam avtomatlaşdırılmasını nəzərdə tutur.

Yazılarda həmçinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tikilməkdə olan yeni sərnişin terminalının əhəmiyyətindən söz açılır. Bildirilir ki, terminalın Xəzər dənizində yerləşən limanlardan gələn və həmin limanlara qayıdan bütün sərnişin və yüklərin daşınmasına xidmət etməsi nəzərdə tutulur.

Məqalələrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının azad ticarət zonası olduğu və bununla istehsalçılar üçün İpək Yolu boyunca müasir təchizat zəncirinin mərkəzi rolunu oynayacağı bildirilir.

Limanda tətbiq olunan müasir sistem sayəsində Avrasiya ölkələrini vahid “logistik pəncərə” vasitəsilə birləşdirməyin mümkün olacağı, o cümlədən yüksək dəyərə malik yeni xidmətlərin yaradılacağı, onların da öz növbəsində yeni bazarlar yaradacağı qeyd olunur. Limanın ikinci fazasının tam inşasından sonra isə illik yük qəbuletmə qabiliyyətinin 25 milyon tona çatacağı vurğulanır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur