Bitkoin ucuzlaşmaqda davam edir


Bitkoin ucuzlaşmaqda davam edir


Dünyada ən populyar kriptovalyuta olan bitkoin investorların kriptovalyutaların tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliyi səbəbindən ucuzlaşır.



AFN trend-ə istinadən xəbər verir ki, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 3,62 faiz və ya 13,2 min dollaradək ucuzlaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 4,29 faiz (13,02 min dollaradək), GDAX-da isə 3,27 faiz (13,05 min dollaradək) azalıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 7,41 faiz və ya 1,2 min dollaradək, "Ripple" - 13,09 faiz (1,62 dollara qədər), "Bitcoin Cash" isə 9,98 faiz (2,28 min dollaradək) ucuzlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu