“AFB Bank” ötən ili zərərlə başa vurub


“AFB Bank” ötən ili zərərlə başa vurub


“AFB Bank” 2017-ci ili 12 milyon 186 min manat zərər ilə bağlayıb.



"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "AFB Bank"ın cəmi gəlirləri 36 milyon 196 min manat, o cümlədən faiz gəlirləri 24 milyon 674 min manat, qeyri-faiz gəlirləri 11 milyon 522 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 17 milyon 820 min manat əməliyyat mənfəəti qalıb. Lakin “AFB Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 30 milyon 6 min manat ayırdığından ötən ili 12 milyon 185 min manat zərər ilə başa vurub.

“AFB Bank”ın 2016-cı il üzrə audit olunmuş hesabatına görə, Bank 2016-cı ili 537 min manat xalis mənfəət ilə başa vurub.

Ehtiyatlara böyük məbləğdə ayırma Bankda problemli kreditlərin artdığına işarədir.

Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 494 milyon 62 min manat olub ki, bu da illik müqayisədə 64,6% çoxdur. Bunun 163 milyon 194 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 17,6% kiçilib.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 95,2% artaraq 428 milyon 74 milyon manat təşkil edib. Bunun 287 milyon 814 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 3 dəfə böyüyüb.

İl ərzində “AFB Bank”ın balans kapitalı 18% azalaraq 66 milyon 546 min manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 70 milyon 393 min manat qalıb.

“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.

“AFB Bank” ötən ili zərərlə başa vurub



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu