Mikayıl Cabbarovdan Fazil Məmmədovun dövrünə SƏRT TƏNQİD: "Artıq ödəmələr tələb edilib"

Xəbərin çap versiyası
Tarix: 13-02-2018, 13:46    |    Xəbər oxunub: 826 dəfə
Mikayıl Cabbarovdan Fazil Məmmədovun dövrünə SƏRT TƏNQİD:



Mikayıl Cabbarov Vergilər Nazirliyinin fəaliyyətində müsbət və mənfi məqamları açıqlayıb.

"Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov Vergilər Nazirliyinin mövcud fəaliyyətinin qiymətləndirilməsi və gələcək strategiyası haqqında danışarkən deyib ki, qurum öz inkişafında böyük yol keçib: "Bu yolun həm müsbət, həm də mənfi səhifələri olub. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixcəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq əksəriyyəti elektronlaşdırılıb. "Çağrı Mərkəzi", "Bir pəncərə" sisteminin əsası bu nazirlikdə qoyulub".

Nazir Vergilər Nazirliyinin fəaliyyətində mənfi məqamlara da aydınlıq gətirib.

"Mənfi səhifələrə gəldikdə bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir", M.Cabbarov vurğulayıb.(APA)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şirvanda “Odessa” Teyyub güllələnib

Şirvanda “Odessa” Teyyub güllələnib

Millət vəkilindən

Millət vəkilindən "İdeal"ın rüsvayçı kampaniyası ilə bağlı maraqlı təklif

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı-

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı- FOTOLAR

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama:

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu-

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu- FOTOLAR

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

Türk ordusu 1931 terrorçu məhv edib

Türk ordusu 1931 terrorçu məhv edib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

560 minə yaxın şəxsin müavinətləri artırılacaq-

560 minə yaxın şəxsin müavinətləri artırılacaq- Açıqlama

Damlaya 35 milyonluq zərbə:

Damlaya 35 milyonluq zərbə: işçisini polisə verdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur