Azərbaycanda düynada ilk dəfə online vahid ixrac ərizəsi yaradıldı- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 12:07    |    Xəbər oxunub: 859 dəfə
Azərbaycanda düynada ilk dəfə online vahid ixrac ərizəsi yaradıldı-


Azərbaycanda dünyada ilk dəfə olaraq on-line vahid ixrac ərizəsi təqdim olundu.



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu yeni xidməti Rəqəmsal Ticarət Qovşağı və Azexport portalı vasitəsilə həyata keçirəcək. Beləliklə, sahibkarlar vahid ixrac ərizəsinin onlayn qaydada doldurulmaqla məhsullarını daha asan ixrac edə biləcəklər. Qeyd edək ki, ixracda tələb olunan icazələrin, ixrac gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsi Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında nəzərdə tutulub.

Yeni elektron xidmət, sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən, elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir. Vahid ixrac ərizəsininin doldurulması sistemi intellektual məntiqə əsaslanaraq qurulub. Yəni istifadəçi özü haqqında minimal məlumatları daxil edir. Sahibkar bu məlumatları yalnız bir dəfə daxil etməklə (məsələn: malın adı və ixrac ölkəsi) digər zəruri məlumatlar, o cümlədən idxal ölkəsi üçün tələb olunan sənədlər sistem tərəfindən avtomatik müəyyən edilir və ərizəçiyə təqdim edilir. Sonrakı mərhələdə ərizəçinin razılığı əsasında elektron vahid ixrac ərizəsi formalaşır və tələb olunan icazələrin alınması üçün sistem tərəfindən müəyyən edilmiş iştirakçılara (dövlət qurumlarına) ünvanlanır.

Qeyd edək ki, sistemin işə salınması ixrac proseduralarının icrasında məmur sahibkar təmasını minimuma endirəcək və sənədlərin icra müddəti bir neçə dəfə azalacaq. Bundan əlavə, respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Vahid ərizə konsepsiyası əsasında bütün ixrac icazələrinin əldə edilməsi xidməti hazırda dünyanın heç bir ölkəsində təqdim edilmir. Vahid ixrac ərizəsi ilə tanış olmaq üçün sahibkarlar https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı, Azexport.az portalı isə "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncamı əsasında yaradılıb. Hər iki layihənin operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

Azərbaycanda düynada ilk dəfə online vahid ixrac ərizəsi yaradıldı-

Azərbaycanda düynada ilk dəfə online vahid ixrac ərizəsi yaradıldı-

Azərbaycanda düynada ilk dəfə online vahid ixrac ərizəsi yaradıldı-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

20 Yanvar faciəsindən 29 il ötür

20 Yanvar faciəsindən 29 il ötür

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

Azərbaycanda təcavüz qalmaqalı:

Azərbaycanda təcavüz qalmaqalı: Hakimdən bəraət, prokuror şikayətçidir-Təfərrüat

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib-

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib- FOTOLAR

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib-

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib- FOTOLAR

Bakıda müxalifətin mitinqi başlayıb

Bakıda müxalifətin mitinqi başlayıb

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib-

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib- FOTOLAR

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb-

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb- FOTOLAR

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?-

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?- Açıqlama

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb-

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb- VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur