Ödənilməyən sığorta borclarının məbləği məlum oldu


Ödənilməyən sığorta borclarının məbləği məlum oldu


“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub.

Vision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Əmək və sosial siyasət komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir: "2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb. Amma məcburi ödənilməyən borclar da var. Bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan çoxdur”.

Nazir müavini bildirib ki, bunun 282.6 milyonunu əsas məbləğ təşkil edir, 81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu