Avropa Bankı TAP-ın maliyyəsini artıracaq


Avropa Bankı TAP-ın maliyyəsini artıracaq


Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini maliyyələşdirmək üçün 1,2 milyard avro məbləğində kredit ayırır.



Bunu “Reuters” agentliyinə Bankın Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera deyib.

“500 milyon avroya qədər kredit birbaşa, 700 milyon avro kredit isə sindikatlaşdırılmış şəkildə ayrılacaq. Kredit xəttinin açılması ilə bağlı son qərar 2018-ci ilin ortasında veriləcək”, - deyə regional direktor bildirib.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. 4,5 milyon dollara başa gələcək boru kəmərinin 2020-ci ildə istismara veriləcəyi gözlənilir.

Boru kəməri Azərbaycanın “Şahdəniz 2” yatağından çıxarılan qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçən tranzit yolla İtaliyanın cənubuna daşıyacaq. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu