Turizmdə müasir marketinq strategiyaları


Turizmdə müasir marketinq strategiyaları


Bu gün (22 fevral 2018-ci il) Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Biznes idarəçiliyi” fakültəsi və “Marketinq” kafedrasının təşkilatçılığı ilə “Turizmdə müasir marketinq strategiyaları” mövzusunda təlim keçirilib.



AFN xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin “Marketinq” kafedrasının müdiri Anar Eminov iştirakçılara regionlarda vaxtaşırı aparılan tədqiqat və sorğuların səmərəsi barədə ətraflı məlumat verib. Təlim prosesində turizm sektorunda müştərilərin ehtiyacları və regionlarda turist axınının gücləndirilməsi istiqamətlərini təhlil edən ekspert Arzu Qafarlı tələbələrə satışın yüksək səviyyədə idarəedilməsi, müştəri ilə düzgün ünsiyyətdə nitq mədəniyyətinin önəmli faktor oduğunu deyib. Təlimə yekun vuran “Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev universitet tələbələrinin konkret mövzular üzrə maarifləndirilməsi məqsədinin potensial kadr hazırlığına təkan verəcəyini diqqətə çatdırıb. Təlimdə fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.

Qeyd etmək lazımdır ki, ATMU-nun müvafiq ixtisas qruplarında təhsil alan tələbələrindən ötrü nəzərdə tutulan növbəti təlim zamanı yerli və regional turizmin inkişaf etdirilməsi strategiyaları və yeni strateji hədəflər müzakirə predmeti olub.

Turizmdə müasir marketinq strategiyaları

Turizmdə müasir marketinq strategiyaları



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu