“MegaStore” “Bazarstore”un belini yerə vurub


“MegaStore” “Bazarstore”un belini yerə vurub


2018-ci ilin əvvəlindən “Bazarstore” supermarket şəbəkəsinin ən böyük şöbəsi fəaliyyətini dayandırıb. Bu hadisədən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, çoxları məlumatsız ola bilər.

AFN xəbər verir ki, “Marja”nın əldə etdiyi məlumata görə, “Bazarstore”un belini yerə “MegaStore” vurub.

Gəlin tarixə nəzər salaq. 18 Sentyabr 2015-ci il tarixində "Bazarstore" mağazalar şəbəkəsinin ən böyük filialı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (Talkuçkanın yanı) istifadəyə verildi. 9000 m2-lik obyektin 2 mərtəbəsini də tutan supermarketin ilk vaxtlar satışları pis deyildi. 2017-ci ildə “MegaStore” növbəti filialını qonşu ünvanda açdıqdan sonra, “Bazarstore” üçün qara günlər başladı. İlk öncə icarəyə götürdüyü obyektin 2-ci mərtəbəsindən imtina edən "Bazarstore", nəhayət bu ilin əvvəlində “ağ bayrağı” qaldırıb.

Qeyd edək ki, “MegaStore”un Bakıxanov filialı çox aktivdir. Geniş çeşid, gülərüz personal və ardıcıl keçirilən sərfəli kampaniyalar sayəsində müştəriləri özünə cəlb edə bilib.

"Bazarstore" ötən illərdə bir sıra rayonlarda da şöbələrini bağlamışdı. İnsanlar "Bazarstore"u bahalı şəbəkə kimi xatırlayır.

“Bazarstore”un çox güclənmiş rəqibləri ilə yarışmaqda çətinlik çəkdiyi müşahidə edilir. Bu yaxınlarda “Makromart” şəbəkəsini alan “Bazarstore” qısa yolla rəqiblərinə çatmaq istəyir. Mütəxəssislər bildirirlər ki, “Bazarstore” çoxdan yola çıxmış karvana çatmaq üçün daha sürətli olmalı və iş üslubunda dəyişikliklərə getməlidir. “Bazarstore”un rəqibləri filiallarını sürətlə artırır və daha böyük şöbələr istifadəyə verirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu