Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına 1 milyard dollar xeyir verib


Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına 1 milyard dollar xeyir verib


Türkiyənin ötən il üçün xarici ticarət defisiti açıqlanıb.



Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına 1 milyard dollar xeyir verib.

Türkiyənin ötən il təxminən 76,7 milyard xarici ticarət açığı olub. Bu açığın 60 faizi 3 böyük ölkənin payına düşür.

Türkiyənin Statistika Komitəsinin məlumatına görə, Türkiyə ötən il 157 milyard 55 milyon dollar ixraca qarşı, 233 milyard 792 milyon dollarlıq idxal gerçəkləşdirib. Beləliklə Türkiyənin mənfi ticari balansı 76,736 milyard dollar təşkil edib.

Çin 20,4 milyar dollar və 27 faiz payla Türkiyənin xarici ticarət açığına ən çox təsir edən ölkə olub. Onu Rusiya və Almaniya izləyib. Belə ki, Rusiya ilə xarici ticarət açığı 16,8 milyard dollar (22 faiz pay), Almaniya ilə isə 6,2 milyard dollar (8 faiz) olub.

Bu 3 ölkə ilə Türkiyə arasındakı xarici ticarət açığı ümumilikdə 43,4 milyard dollar hesablanıb.

Həmçinin mənfi xarici ticarət defisiti Cənubi Koreya və İsveçrə ilə 6 milyard dollar, Hindistan ilə 5,5 milyard dollar, İran ilə 4,2 milyard dollar, Yaponiya ilə 3,9 milyard dollar, ABŞ ilə 3,3 milyard dollar, Malayziya ilə isə 2,9 milyard dollar olub.

Bununla yanaşı Türkiyənin xarici ticarət balansına müsbət təsir edən ölkələr var. Belə ki, İraqla 7,5 milyard dollar, BƏƏ ilə 3,6 milyard dollar, Böyük Britaniya ilə 3,1 milyard dollar müsbət ticari balans qeydə alınıb. Bu ölkələri 1,9 milyard dollarla İsrail, 1,3 milyard dollarla Suriya, 1 milyard dollarla Azərbaycan və Şimali Kipr Cümhuriyyəti, 994 milyon dollarla Gürcüstan, 946 milyon dollarla Əl-Cəzair və 777 milyon dollarla Sloveniya izləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu