Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə

Xəbərin çap versiyası
Tarix: 13-03-2018, 14:33    |    Xəbər oxunub: 988 dəfə
Qanunsuz kredit alma və ya kreditdən  təyinatı üzrə istifadə etməmə


Bu gün cəmiyyətin sosial-iqtisadi həyatında mühüm rol oynayan məsələlərdən biri də kredit almaq və ya vermək və bununla bağlı banklarla vətəndaşlar və təşkilatlar arasında yaranan hüquqi münasibətlərin nizamlanmasıdır.

Nədir kredit? Bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitinə kredit deyilir.
Bu gün son dərəcə aktiv olan bu sahə təbii ki, dövlət tərəfindən qanunla tənzimlənmə çərçivəsinə alınmışdır. Ona görə də biz bu yazıda konkret olaraq qanunsuz kredit almaq və kreditin təyinatına uyğun istifadə edilməməsinə görə qanunla nəzərdə tutulmuş cinayət və inzibati məsuliyyətdən söz açacağıq.
Əvvəlcə gəlin bu sahədə müəyyən edilən cinayət məsuliyyətinə nəzər salaq. Bunun üçün biz Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qüvvədə olan maddələrə baxacağıq. Belə ki, Cinayət Məclləsinin “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər” adlı fəsildə kreditlə bağlı bir neçə maddə təsbit olunmuşdur. Onlardan birincisi “Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə” adlı 195-ci maddədir. Həmin maddənin tələbində deyilir ki, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda(iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda(yüz min manatdan artıq olan məbləğ) ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddənin göstərişindən belə başa düşülür ki, kredit alarkən cinayət məsuliyyəti yaranmaması üçün təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verilməməli, kredit, güzəştli şərtlərlə kredit və ya dövlət kreditini alıb təyinatı başaq məqsədlərlə istifadə edilməməlidir.
Bəzən elə hallara rast gəlinir ki, təşkilat rəhbəri və ya vətəndaş aldığı kreditə görə müəyyən edilmiş kreditor borcunu ödəmir. Bu zaman həmin kreditor borcunun ödənməsi barədə məhkəmələr tərəfindən qanuni qərar çıxarılır və bu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına qəsdən əməl edilmir. Bunun üçün Cinayət Məcəlləsində “Kreditor borclarını ödəməkdən qəsdən yayınma”adlanan maddə müəyyən edilmişdir ki, həmin maddədə deyilir, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda (iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda (yüz min manatdan artıq olan məbləğ) ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddənin tələbi kifayət qədər açıqdır. Alınmış kredit borcu ödənmədikdə bu barədə məhkəmə işində borcun ödənilməsi barədə məhkəmənin çıxardığı qanuni qüvvəyə minmiş qərarı yerinə yetirməyib borcu ödəməkdən qəsdən yayınma maddədə qeyd edilən cəzaların tətbiq edilməsinə səbəb olur.
Gördüyümüz kimi, kredit almaq və təyinatı üzrə istifadə etmə məsələlərinə dair cinayət qanunvericiliyinin tələblərinin pozulması yuxarıda qeyd etdiyimiz arzuolunmaz hüquqi nəticələrə səbə olur. Bir də var ki, bu sahədə dövlət tərəfindən inzibati məsuliyyət də müyyən olunmuşdur. Bunun da bilinməsi fikrimizcə yararlıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” fəslində “Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi” adlı 409-cu maddə müəyyən edilmişdir. Həmin maddənin də göstərişi belədir ki, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Yəni bu maddənin tələbi Cinayət Məcəlləsinin 195-ci maddəsinin tələbi ilə eynidir. Burada fərq sadəcə vurulmuş ziyanın ağırlıq dərəcəsindədir. Onu da qeyd edək ki, maddədə qeyd edilən şərt odur ki, bu əməlləri edərək vurulan ziyan hər nə qədərdirsə onun iki misli miqdarında şəxs inzibati cərimə edilir.
Hörmətli oxucu, günümzdə son dərəcə aktual, olan və cəmiyyəimizi geniş şəkildə maraqlandıran bu kredit məsələsi ilə bağlı hüquqi nizamasalmanın və qanuni göstərişlərin maariflənmə məqsədi ilə Sizlərə çatdırılması ən az bu kredit sahəsi qədər vacib işdir. Məqsəd bu sahədə qanunsuzluq hallarının baş verməməsi, bu cür arzuolunmaz nəticələrin yaranmaması baxımından qanunun bu sahədə qüvvədə olan göstərişlərindən xəbərdar olmaqdır.

Elvin ZEYNALLI, hüquqşünas




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

Kanadada marixuana qıtlığı:

Kanadada marixuana qıtlığı: vətəndaşlar qəzəbləndi

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur