Taleh Ziyadov: "Bu liman vasitəsilə may ayında 15 milyon ton yük daşımaq mümkün olacaq"

Xəbərin çap versiyası
Tarix: 13-03-2018, 18:10    |    Xəbər oxunub: 946 dəfə
Taleh Ziyadov:


Bakıda keçirilən beynəlxalq konfransın 2-ci panelində nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi mövzusunda müzakirələr aparılıb.



Çıxış edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov öncə tarixə nəzər salıb.

O, bildirib ki, qədim dövrdə karvan yollarının üstündə təxminən 40 km-dən bir karvansaraylar fəliyyət göstərirdi: "Onları biz 1 ulduzlu otellərə bənzədə bilərik. Daha sonra həmin karvansaraylar inkişaf edərək 2-3 ulduzlu, tədricən isə 4-5 ulduzlu otellərə bənzədilər. Hazırda Azərbaycan 5 ulduzlu yol qovşağında yerləşir. Yaratdığımız limanda da bu üsuldan istifadə etmişik. Bu liman 100 hektar ərazidə yerləşir. Əvvəllər burada karqo aerodromu mövcud olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı Milli Məclisdə qəbul edilmiş qanun çox unikal qanundur. Hətta Dubayda belə bir qanun yoxdur. Bu Xəzər dənizi hövzəsində ən böyük limandır. Onun inşası bir neçə fazadan ibarətdir. May ayında liman 15 milyon ton yük aşırmaq üçün hazır olacaq. Növbəti mərhələdə bu rəqəm 25 milyon tona çatdırılacaq. Bu liman vasitəsi ilə təkcə Çin mallarının daşınmasınında maraqlı deyilik. Mayın 8-11-də Bakıda dəniz limanlarının böyük konfransı keçiriləcək. Burada bir sıra məsələlər müzakirə olunacaq".

Daha sonra çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov söyləyib ki, 2010-2020-ci illər ərzində Azərbaycan dəmir yolu təsərrüfatına 5 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulması nəzərdə tutulub. Artıq bu vəsaitin bir hissəsi yatırılıb: "Bu investisiyaları beynəlxalq maliyyə institutları ilə birlikdə qoyulur. Bakı-Boyük Kəsik dəmir yolu xətti yeniləndikcə elektrik sistemi sabit cərəyandan dəyişən cərəyana keçirilir. Konteynerlərin alınması məsələsinə önəm verdiyimiz üçün bu il də bu işlərin davam etdirilməsini nəzərdə tuturuq. Artıq bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılıb". (musavat.com)

Taleh Ziyadov:

Taleh Ziyadov:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Tanınmış teleaparıcıya ağır itki üz verib

Tanınmış teleaparıcıya ağır itki üz verib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Deputata ağır itki-

Deputata ağır itki- Oğlu xizək qəzasında həyatını itirdi

Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib

Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib

“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

AMEA və

AMEA və "Sipark İnşaat"ın alimlərə tikilən binada satdıqları mənzillərin planı üzə çıxdı- FOTOLAR

Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq

Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur