Azərbaycan nümayəndə heyəti İranda müzakirələri davam etdirir

Xəbərin çap versiyası
Tarix: 13-03-2018, 21:26    |    Xəbər oxunub: 763 dəfə
Azərbaycan nümayəndə heyəti İranda müzakirələri davam etdirir


İranda səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın Səhiyyə, müalicə və Tibb təhsili naziri Həsən Qazizadə Haşimi ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığın digər sahələrlə yanaşı, səhiyyə sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.



Şahin Mustafayev qeyd edib ki, İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında Memorandum imzalanıb, Pirallahı Sənaye Parkında İranla birgə əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Azərbaycanın İqtisadiyyat naziri vurğulayıb ki, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər. Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində birgə elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

“Bakubus” avtobusu qəzaya düşdü

“Bakubus” avtobusu qəzaya düşdü

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur