Azərbaycanda bəzi aksizli mallara tətbiq edilən imtiyazlar ləğv oluna bilər

Xəbərin çap versiyası
Tarix: 14-03-2018, 21:23    |    Xəbər oxunub: 766 dəfə
Azərbaycanda bəzi aksizli mallara tətbiq edilən imtiyazlar ləğv oluna bilər


Bu gün Dövlət Gömrük Komitəsinin sədri (DGK) Aydın Əliyev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.



Bu barədə DGK-dan məlumat verilib.

Məlumata görə, A.Əliyev qeyd edib ki, Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb.

N.Kərimov isə Komitə ilə əməkdaşlığa çox böyük önəm verdiklərini bildirib, bu əlaqələrin dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Görüşdə, eyni zamanda, Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri tərəfindən təqdim olunan bir sıra məsələlər barəsində müzakirələr aparılıb. Belə ki, palata üzvləri kontrafakt məhsullara qarşı mübarizə, paralel idxal, qacaqmalçılığa, xüsusilə aksizli malların qaçaqmalçılığına qarşı mübarizə tədbirləri, gömrük anbarlarının fəaliyyəti və tikintisi ilə bağlı məsələlər, gömrük təmsilçiliyi ilə əlaqədar yaranan problemlər, xüsusilə gömrük bəyannamələrinin doldurulması zamanı yol verilən səhvlərin düzəlişi, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə qaydaları və.s məsələlərlə bağlı həyata keçirilən tədbirlərlə maraqlanıblar.

Kontrafakt məhsullara, eləcə də qaçaqmalçılığa qarşı mübarizə istiqamətində aparılan işlərdən danışan DGK sədri konkret olaraq aksizli malların qaçaqmalçılığına gəlincə, gömrük orqanlarının bu kimi hallara qarşı da mübarizə apardığını, lakin bəzi hallarda tütün məmulatlarının, spirtli içkilərin gətirilməsi ilə bağlı mövcud qanunvericilikdə nəzərdə tutulan xüsusi imtiyazlardan kommersiya məqsədləri üçün istifadə edildiyini, bu kimi halların qarşısının alınması üçün artıq müəyyən təkliflərin hazırlanaraq hökumətə təqdim olunduğunu diqqətə çatdırıb.

Gömrük anbarlarının fəaliyyəti və tikintisi ilə bağlı məsələyə də aydınlıq gətirən Komitə sədri Azərbaycanın istər giriş-çıxış qapılarında, istərsə də Bakıda kifayət qədər gömrük anbarlarının fəaliyyət göstərdiyini, gələcəkdə zərurət yaranarsa yeni gömrük anbarlarının tikintisi məsələsinin nəzərdən keçiriləcəyini bildirib.

"Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ əldə etmiş şirkətlərin qanunvericilikdə nəzərdə tutulmuş sənədləri qaydasında olarsa heç bir problem yaşana bilməz-deyən DGK sədri bu istiqamətdə infrastrukturun daha da genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Paralel idxal məsələsinə də toxunan Komitə sədri bu kimi halların qarşısının alınması ilə bağlı mövcud qanunvericilikdə heç bir məsuliyyətin nəzərdə tutulmadığını, lakin palata üzvləri tərəfindən verilən təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.

Gömrük təmsilçiliyi məsələsinə gəlincə, A.Əliyev bildirib ki, indi bütün gömrük prosedurları elektron formada həyata keçirilir və vasitəçi olmadan istənilən hüquqi və fiziki şəxs bu elektron xidmətlərdən istifadə edə bilər. Gömrük bəyannamələrinin doldurulması zamanı yol verilən səhvlərin düzəlişinin gömrük orqanlarının fəaliyyətində müəyyən problemlər yaratdığını, əlavə vaxt itkisinə səbəb olduğunu bildirən DGK sədri bu proseslərdə şirkətlər tərəfindən daha peşəkar təmsilçilərə müraciət olunmasının vacibliyini diqqətə çatdırıb.

DGK rəhbərliyinin gömrük işinin bütün istiqamətlərdə beynəlxalq standartlara uyğun aparılmasında, eləcə də gömrük xidmətinin səmərəliliyinin artırılması və şəffaflığın təmin edilməsində maraqlı olduğunu vurğulayan DGK sədri Aydın Əliyev Azərbaycan gömrüyündə istər AmCham üzvü olan, istərsə də digər konsaltinq şirkətlərinin müvafiq monitorinq apara biləcəklərini diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda yaxın perspektivdə qaldırılan məsələlərin daha konkret və detallı müzakirəsi üçün AmCham üzvü olan şirkətlərin rəhbərləri ilə gömrük rəsmiləri arasında toplantıların keçirilməsi qərara alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

“Renessans Palace”da payız kampaniyası davam edir

“Renessans Palace”da payız kampaniyası davam edir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur