"Bakı Limanında tikinti bu ilin ortalarında yekunlaşacaq"


"Bakı Limanında tikinti bu ilin ortalarında yekunlaşacaq"


"Bakı Limanının birinci fazasının tikinti layihəsi bu ilin ortalarında yekunlaşacaq".

Bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanın baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, yeni layihə Bakı Limanının yük aşırma qabiliyyətinin 15 milyon tona çatmasına səbəb olacaq: "Ondan 100 min, 20 futluq kontener aşırma gücünü əldə edəcək. İkinci fazada 500 minə qədər çatdırıla bilər. Önümüzdəki üç-beş il ərzində Bakı-Tbilisi-Qars, Çinin "bir kəmər-bir yol" layihəsinin işə düşməsi ilə konteyner daşınmasında ciddi artım gözləyirik ".

Ziyadovun sözlərinə görə, Bakı Limanı 8-11 may tarixlərində ciddi tədbirə ev sahibliyi edəcək: "Mayın 8-11-də Bakıda Dünya Limanlarının konfransı keçiriləcək. Tədbirlə bağlı böyük ümidlərimiz var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu