Avropa İttifaqı Azərbaycana pul ayırdı


Avropa İttifaqı Azərbaycana pul ayırdı


"Bu gün biz Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihəyə start veririk".

AzVision.az-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Ələt Limanı hazırda böyüyür və regionun nəqliyyat mərkəzinə çevrilir: "Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur. Avropa İttifaqı nəqliyyat dəhlizlərinin yaranmasında və istifadəyə verilməsində maraqlıdır və bu layihələri dəstəkləyir. Düşünürəm ki, bu gün təqdim olunan layihə bizim daşıma layihələrimizin şaxələndirilməsinə uyğundur. Bundan əvvəl Ələt Limanı ilə birgə keçirdiyimiz layihəyə 264 min avro vəsait ayrılmışdı. Bu gün təqdimatı keçirilən layihəyə isə 1 milyon avro vəsait ayılıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu