Kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq

Xəbərin çap versiyası
Tarix: 17-04-2018, 13:49    |    Xəbər oxunub: 801 dəfə
Kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq


"Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb".

Bunu jurnalistlərə vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi Prezidentin qurum qarşısında qoyduğu əsas tapşırıqlardandır.

"Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılmasına və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək, vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq",- deyə nazir əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu  üzrə açıq turnir keçirilib-

Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu üzrə açıq turnir keçirilib- FOTOLAR

Sumqayıtın

Sumqayıtın "başsız" məktəbləri- SİYAHI

Mən kiməm?-

Mən kiməm?- Əziz Əlibəyli yazır...

“Ştutqart”da vətəndaşları belə aldadırlar-

“Ştutqart”da vətəndaşları belə aldadırlar- Zəmanət yox, geri qaytarma yox…

İsrailin baş naziri ABŞ-a səfərini yarıda saxlayıb

İsrailin baş naziri ABŞ-a səfərini yarıda saxlayıb

İlham Əliyev banqladeşli həmkarını təbrik edib

İlham Əliyev banqladeşli həmkarını təbrik edib

Tramp Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqli barədə

Tramp Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqli barədə

Qazaxıstanda neft yatağında yanğın baş verib

Qazaxıstanda neft yatağında yanğın baş verib

Dünya çempionumuzun qardaşı faciəvi şəkildə həlak oldu-

Dünya çempionumuzun qardaşı faciəvi şəkildə həlak oldu- VİDEO

10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur