İİTKM-də Asiya İnkişaf Bankı ilə görüş keçirilib


İİTKM-də Asiya İnkişaf Bankı ilə görüş keçirilib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib. İİTKM-in departament rəhbəri Ramil Hüseyn, Layihlər departamentinin rəhbəri vəzifəsini icra edən Rəşad Hüseynov, eləcə də menecerlər Vüsalə Cəfərova, Faiq Qasımlı, Bankın İqtisadi Tədqiqatlar üzrə direktoru Edmon Gintinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda aparılan iqtisadi islahatlar, Strateji Yol Xəritələrinin (SYX) monitorinq və qiymətləndirmə nəticələri barədə geniş fikir mübadiləsi aparıblar.



AİB nümayəndələri Azərbaycanda apardıqları "ölkə iqtisadiyyatının diaqnostik tədqiqat" layihəsi, eləcə də "dövlət müəssisələri sektorunun qiymətləndirilməsi" layihəsi barədə məlumatlar veriblər. Nümayəndələr tədqiqatın ilkin nəticələrini müzakirə edib.

Görüş zamanı dövlət müəssisələrinin özəlləşdirilməsi istiqamətində SYX çərçivəsində görülən və gələcək illərdə nəzərdə tutulmuş işlər barəsində müzakirələr aparılıb. Bundan başqa layihələr çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarını əhatə edə bilən iqtisadi riyazi modelin qurulması və onun vacibliyi qeyd edilib

İİTKM-də Asiya İnkişaf Bankı ilə görüş keçirilib

İİTKM-də Asiya İnkişaf Bankı ilə görüş keçirilib

İİTKM-də Asiya İnkişaf Bankı ilə görüş keçirilib

İİTKM-də Asiya İnkişaf Bankı ilə görüş keçirilib

İİTKM-də Asiya İnkişaf Bankı ilə görüş keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu