Bankların verdiyi kreditlər kəskin azalıb


Bankların verdiyi kreditlər kəskin azalıb


Banklar vasitəsilə kreditləşmənin həcmi kəskin azaldıqca bu, özünü bankları qazandığı faiz gəlirlərində də göstərir.

AFN xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Rövşən Ağayev çıxış edib. Onun sözlərinə görə, ötən ilin 1-ci rübünə nisbətən 2018-ci ilin eyni dövründə müştərilərə verilən xalis kreditlərin məbləği 3.8 mlrd. manata yaxın (28%) azalıb. Bu azalma kreditlər üzrə faiz gəlirlərində də 30%-ə yaxın azalma ilə müşayiət olunub: "Faiz xərclərinin də təxminən 100 mln. manat azaldığından xalis faiz gəlirlərinin səviyyəsini ötən ilki həddə qorumaq mümkün olub.
Qeyri-faiz gəirləri də 2.4 dəfəyə yaxın (150 mln. manat) azalıb. Bu, həm də qeyri-faiz xərclərinin 10%-ə yaxın artdığı şəraitdə baş verib. Çox güman ki, qeyri-faiz gəlirlərinin kəskin azalması bankların valyuta ticərətindən gəlirlərinin azalması ilə bağlıdır.
Ötən ilin 1-cu rübündə məzənnənin kəskin dəyişməsi (1 USD =1.72-192 manat intervalında) və marja məhdudiyyətinin götürülməsi valyuta alqı-satqısından yaxşı gəlir götürmək üçün münbit şərait yaratmıdı.
Bu ilin ilk rübündə isə məzənnə sabitliyi və valyutaya tələbatın daha da azalması çox güman ki, bu mənbədən gəlirlərin də azalmasını qaçılmaz edib.
Rəqəmlərdən görünən odur ki, bötük neft puulları hesabına yaranan "bank köpüyü" yatdıqca həm sektorun aktivləri, həm də faiz və qeyri-faiz gəlirlərinin dövriyyəsi də kiçilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu