BP neftin ucuzlaşacağı tarixi açıqladı


BP neftin ucuzlaşacağı tarixi açıqladı


"2030-cu ilin sonuna kimi neftə olan tələbat son həddə çatacaq və tədricən qiyməti düşməyə başlayacaq".

“Reuters” xəbər verir ki, bunu BP Qrupunun baş icraçı direktoru Bob Dadli deyib.

“2014-cü ilin sonundan etibarən neftin qiyməti ən yüksək həddə çataraq 1 bareli üçün 80 dollar təşkil edib. BP neftin 1 barelinin qiymətinin 50-65 dollar civarında olacağı fərziyyəsi üzərində işləyir”, - deyə BP-nin rəhbəri Bob Dadli bildirib.

Şirkət rəhbəri qeyd edib ki, BP hazırda az kapital, vaxt və inşa tələb edən mərhələli inkişaf yolu seçib: "Bu isə neftin qiymətinin qeyri-müəyyənlik dövründə ona nəzarəti asanlaşdırır. BP-nin neft və qaz hasilatı növbəti 10 illiyin sonuna kimi yenidən sutka ərzində 4 milyon barelə çatacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, BP ən aşağı istehsal xərclərinə malik olan Azərbaycan, Oman, Rusiya kimi neft hasil edən ölkələrlə əməkdaşlıq edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu