“AzSığorta”da 2 milyonluq azalma


“AzSığorta”da 2 milyonluq azalma


“AzSığorta” şirkətinin 2018-ci ilin yanvar-aprel ayları üzrə göstəriciləri məlum olub.

Tia.az şirkətin hesabatına istinadən xəbər verir ki, “AzSığorta”nın yığımları 27,6% və yaxud 2,032 milyon manat azalaraq 5,345 milyon manat təşkil edib. Halbuki ötən ilin ilk 4 ayı şirkət üçün daha uğurlu olmuşdu və yığımların həcmi 7,378 milyon manat təşkil etmişdi.

Sığorta şirkətinin yığımlarından fərqli olaraq, ödənişləri 16,8% artaraq 3,022 milyon manata yüksəlib. 2017-ci ilin yanvar-aprel aylarında isə şirkətin ödəniş xərcləri 2,588 milyon manat olmuşdu.

Yığımların azalması fonunda ödənişlərin artması zərərlilik göstəricisinə də təsir edib. Belə ki, 2017-ci ilin 4 ayında “AzSığorta” topladığı hər 100 manatdan 37,2 manatını ödəniş olaraq müştəriləri qaytarıbsa, bu ilin eyni dövründə bu rəqəm 56,5 manata qədər yüksəlib.

Qeyd edək ki, şirkətin satış strategiyasını dəyişməsi və onlayn sistemə keçməsi ötən ilin sonundan etibarən yığımların kəskin azalması ilə nəticələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu