Ziyad Səmədzadədən yeni vergi təklifi


Ziyad Səmədzadədən yeni vergi təklifi


“Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var. Həmçinin azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir”.

Bunu parlamentin son plenar iclasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri qeyd edib ki, vergidən azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir: “Düşünürük ki, bunun nəticəsində vergi yığım bazası da genişlənə bilər. Hazırda bəzi sahələr var ki, bugünkü mərhələdə azadolmaya ehtiyac yoxdur. Vergidən azadolmalar araşdırmalıdır. Azadolmaların obyektiv qiymələndirilməsi aparıldıqdan sonra hökumət qarşısında müəyyən məsələ qaldırıla bilər. Azadolmalar nəticəsində hansı məbləğin itirilməsi müəyyənləşə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu