Vüsal Qasımlı “Aİ-Azərbaycan Biznes Forumu”nda açılış nitqi ilə çıxış edib


Vüsal Qasımlı “Aİ-Azərbaycan Biznes Forumu”nda açılış nitqi ilə çıxış edib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “Aİ-Azərbaycan Biznes Forumu”nda açılış nitqi ilə çıxış edib.



“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı qeyri-neft özəl sektoruna üstünlük verilməklə davamlı inkişaf edir. Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarında son aylardakı dalğalanmalar manatda təkrarlanmayıb, inflyasiya cilovlanaraq təkrəqəmli həddə endirilib, qeyri-neft ixracı ilk dörd ayda 20 faizə qədər və qeyri-neft ÜDM-i isə 3 faizə qədər artıb, həm fiskal, həm də tədiyyə balansında dayanıqlıq müşahidə edilir. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft sektorunda ÜDM-in 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artacağını proqnozlaşdırır. İctimai-siyasi sabitlik və dayanıqlı iqtisadi inkişaf biznesin ən əsas gözləntisi – iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsini son bir ildə 2,3 dəfə artıb. Bu isə Prezident İlham Əliyevin iqtisadi siyasətinə yüksək etimadın göstəricisidir. Siyasi etimad, dayanıqlı inkişaf, biznes mühitin davamlı təkmillşədirilməsi, infrastrukturun yaxşılaşdırılması, dövlət dəstəyi və Azərbaycanın qitələrarsı nəqliyyat-logistika habına çevrilməsi xarici investisiya cəlbinin artırılması üçün əsas zəmindir. İnvestorlar üçün iqtisadiyyatın artım nöqtələrinin bəlli olması proqnozlaşdırılma imkanını daha da artırır. Postneft dövründə iqtisadi artım nöqtələri neft-kimya, alüminium, polad, ərzaq və müdafiə sənayesi, turizm, nəqliyyat-logistika, meyvə-tərəvəz, pambıq, üzüm və digər iqtisadiyyat sahələridir. Təsadüfi deyil ki, sorğu nəticələri göstərir ki, əksər Avropa iş adamları Azərbaycanda biznesini genişləndirmək və ya ən azından olduğu səviyyədə saxlamaqda israrlıdırlar. Avropa mənşəli sahibkarların Azərbaycan iqtisadiyyatının gələcəyinə inamı digər investorların da eyni ladda köklənməsinə zəmindir.

Xüsusilə də özəlləşdirmə, sənaye parkları və məhəllələri, aqro və texno parklar, Ələt xüsusi zonası, investisiya təşviqi sənədi kimi dövlət təşəbbüsləri sərmayə cəlbini sürətləndirməyə imkan verir. Üstəlik Azərbaycanda ucuz kvalifikasiyalı işçi qüvvəsi, enerji daşıyıcıları və xidmətlərin ucuz olması investisiya cəlbediciliyini artırır. PwC-nin apardığı sorğulara əsasən Azərbaycanda önümüzdəki il üçün artım dinamikasının yaxşılaşdırılmasını proqnozlaşdıran CEO-ların sayı iki dəfə yüksəlib. Çünki Azərbaycan iqtisadiyyatı son böhrandan müsbət nəticələr çıxarıb, həm özəl, həm də dövlət sektoru strateji, biznes və əməliyyat modellərini yeniləyib. İqtisadiyyat isə yeni tarazlıq səviyyəsinə uyğunlaşdırılıb. Bakı-Tbilis-Qars dəmiryolunun işə salınması, “Yeni Əsrin Müqaviləsi”nin imzalanması və Cənub Qaz Dəhlizinin inaqurasiyası onu göstərir ki, Azərbaycan dünyada ən cəlbedici investisiya məkanlarından biri kimi mövqelərini qoruyur, eyni zamanda Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən şəkillənməsində mühüm rol oynayır. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı onun sabit maliyyələşmə mənbəyi olaraq maliyyə-bank sektorunun da canlanmasını şərtləndirir. Bu ilin ilk dörd ayında bank sektorunda aktivlərinin həcmi sabit qalıb, kredit portfelinin davamlı azalma trendi dayanıb və hətta az da olsa (0.8% və ya 85 mln. manat) artıb, kredit portfeli üzrə dollarlaşma 41.3%-dən 39.6%-ə enib, likvid aktivlər cəmi aktivlərin 22%-ni təşkil edib (beynəlxalq təcrübədə bençmark minimum 10%-dir) və sektorun xarici borcu 40% azalıb. 2018-ci ilin 4 ayında banklar tərəfindən 313 milyon manat həcmində kapital inyeksiyasını təmin edilib. Hazırda neftin dünya bazar qiymətinin büdcə proqnozundan 80 faizə qədər baha olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi onu göstərir ki, islahatlar dönməz xarakter alıb. Keçən il olduğu kimi bu il də Azərbaycan “Doing Business” hesabatında ən islahatçı ölkə statusunu saxlamaqda qərarlıdır. Çünki son bir ildə biznesə başlama, tikinti icazələri, kreditə çıxış, daşınar əmlakın yüklülüyü, elektrikə çıxış, investorların qorunması və elektron məhkəmə sahəsində mühüm islahatlar həyata keçirilib. Bundan sonra iqtisadi islahatların əsas istiqamətləri rəqabət mühitinin daha da yaxşılaşdırılması, dövlət müəssisələrində korporativ standartların tətbiqinin gücləndirilməsi, özəlləşdirmə, dövlət-özəl əməkdaşlığı, vergi və gömrük islahatlarının davamlılığının təmin edilməsi, ortamüddətli xərclər çərçivəsi və nəticə əsaslı büdcə siyasətinə keçid, davamlı monetar siyasətin yeridilməsi, dövlətin borc strategiyasının qəbulu, e-hökümətin funksionallığının daha da artırılması, institutsional təkmilləşmə və insan kapitalının inkişafı kimi sahələri əhatə edəcəkdir.”

Vüsal Qasımlı “Aİ-Azərbaycan Biznes Forumu”nda açılış nitqi ilə çıxış edib

Vüsal Qasımlı “Aİ-Azərbaycan Biznes Forumu”nda açılış nitqi ilə çıxış edib

Vüsal Qasımlı “Aİ-Azərbaycan Biznes Forumu”nda açılış nitqi ilə çıxış edib

Vüsal Qasımlı “Aİ-Azərbaycan Biznes Forumu”nda açılış nitqi ilə çıxış edib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu