"Xəzər" maşınları gələn həftədən satışa çıxarılacaq


"Xəzər" maşınları gələn həftədən satışa çıxarılacaq


“Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər” avtomobilləri növbəti həftədən satışa çıxarılacaq.

AzVision.az xəbər verir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. O, bildirib ki, satış mərkəzləri Bakının "Babək", "Ziya Bünyadov" prospektlərində və Badamdar qəsəbəsində olacaq.

E.Axundovun sözlərinə görə, ilk olaraq "Xəzər" LD və CD modeli, ümumilikdə isə 100 avtomobil satışa çıxarılacaq:

"CD modeli 16 min, LD modeli isə 18 min manata satılacaq. Zavodda 160 avtomobilin istehsalı nəzərdə tutulub. Daha sonra tələbata uyğun olaraq istehsal həcmi artırıla bilər. Avtomobillərin ehtiyat hissələri isə iyunun 20-dən satışda olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu