ANAP-dan ilk qaz qəbul olundu

Xəbərin çap versiyası
Tarix: 12-06-2018, 22:29    |    Xəbər oxunub: 828 dəfə
ANAP-dan ilk qaz qəbul olundu


Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərindən (TANAP) Türkiyəyə ilk qazın qəbulu həyata keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev simvolik olaraq qazın qəbulunu gerçəkləşdiriblər .

Xatırladaq ki, TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsda qoyulub.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq.

TANAP-ın dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
5 yaşlı Məryəmin köməyinizə ehtiyacı var:

5 yaşlı Məryəmin köməyinizə ehtiyacı var: Cəmi 20 min manat onu bu xəstəlikdən xilas edəcək

Qarabağda erməni əsgər öldürülüb

Qarabağda erməni əsgər öldürülüb

Rəqəmsal Dünyanın ilk təcrübəçiləri -

Rəqəmsal Dünyanın ilk təcrübəçiləri - “Azercell-Lab” təcrübə proqramının qalibləri elan edildi

Qənirə Paşayeva və Arzu Bağırova tanınmış media nümayəndələri ilə görüşüb -

Qənirə Paşayeva və Arzu Bağırova tanınmış media nümayəndələri ilə görüşüb - FOTOLAR

AZAL-ın təyyarəsində problem yarandı,

AZAL-ın təyyarəsində problem yarandı, "Neftçi" Rusiyaya uça bilmədi - FOTO

"Qarabağ" İrlandiya çempionuna qarşı

Saleh Məmmədovun gördüyü iş:

Saleh Məmmədovun gördüyü iş: Şəkidə analoqu olmayan yol (FOTO)

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə  -

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə - FOTOLAR

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur