Azərbaycan tam üzən məzənnəyə keçəcək

Xəbərin çap versiyası
Tarix: 17-07-2018, 19:48    |    Xəbər oxunub: 696 dəfə
Azərbaycan tam üzən məzənnəyə keçəcək


2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq.



Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, əsas icraçı qurum olan Mərkəzi Bank tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbiri qismən icra edib. Tədbirlər planı tam hazır edilmədiyindən Maliyyə Sabitliyi Şurası ötən il bu sənədi təsdiq edə bilməyib.

Hesabatda qeyd olunub ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır.

Bu istiqamət üzrə əsas icraçı orqan olan Mərkəzi Bank tərəfindən 2019-cu ildə Tam üzən məzənnə rejiminə keçid üçün tədiyyə balansında və istehlak səbətində idxalın xüsusi çəkisinin GZİT təhlilinin aparılması və tam üzən məzənnə rejiminə keçidin müddətlərinin müəyyənləşdirilməlidir. 2020-ci ildən isə Mərkəzi Bank tam üzən məzənnəyə keçidi təmin etməlidir.

Qeyd edək ki, Mərkəzi Bank "Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində” 2017-ci ildə nəzərdə tutulan tədbirləri 69 faiz icra edib. (APA)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Tərtərdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Tərtərdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur