Naxçıvanda xizək mərkəzi tikilir


Naxçıvanda xizək mərkəzi tikilir


Azərbaycanda 3-cü xizək mərkəzi Naxçıvan MR-da tikilməyə başladı. Mərkəz Şahbuz rayonu Ağbulaq kəndində yerləşəcək.



AFN xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb. Məlumatda qeyd edilib ki, enişin uzunluğu 1500, eni isə 30 metr olacaq. Burada kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılacaq, süni qaryaratma sistemləri qurulacaq. Kanatın uzunluğu 952 metr olacaq. Onun başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaqdır. O, saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcək. Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyr xətləri yaradılacaq. Qar olmayan illər üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulacaq. Kanat yolunun dayanacaqlarında 2 restoran olacaq.

Mərkəz Fransanın “MND” şirkətinin layihəsi əsasında tikiləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu