İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib


İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn Avstraliyada Asiya İnkişaf Bankı - Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2018-də Azərbaycanı təmsil edib.



İİTKM-dən AFN-ə verilən məlumatda bildirilir ki, Forum Avstraliyanın paytaxtı Kamberra şəhərində Asiya İnkişaf Bankı və Avsraliya Milli Universitetinin təşkilatçılığı ilə keçirilib. Forumda 28 ölkədən dəvət olunan nümayəndələrin iştirakı ilə Asiyanın gələcəyi üçün insan kapitalının və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

İki gün davam edən tədbirdə iştirakçılar formal təhsil, texniki - peşə təhsili və həyat boyu öyrənmə yolu ilə innovativ texnologiyalardan istifadə məsələləri, Asiya ölkələrində və Avstraliyada insan kapitalının inkişafı istiqamətində görülən işlərlə bağlı təcrübələrini bölüşüblər.

Qeyd edək ki, Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2013-cü ildən etibarən təşkil olunur. Bu Forumun məqsədi quruma üzv olan beyin mərkəzləri arasında iqtisadi artım və inklüziv inkişaf sahələrində fikir mübadiləsini təmin etməkdir.

2016-cı ildən etibarən Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edir. İİTKM –in nümayəndələri bundan öncə Hindistanda və Şir-Lankada da keçirilən forumlarda da müzakirələrə qatılıblar.

İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib
İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib
İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu