Azərbaycan Ukraynanın əsas neft ixracatçısı oldu


Azərbaycan Ukraynanın əsas neft ixracatçısı oldu


Azərbaycan son səkkiz ayın nəticələrinə görə, Ukraynanın əsas neft ixracatçısı olub. Bu ölkədən Ukraynaya 273,9 milyon dollar dəyərində xammal daxil olub.

Bu barədə Ukraynanın Dövlət Fiksal Xidməti məlumat yayıb.

Bildirilir ki, göstərilən dövrdə Əlcəzairdən Ukraynaya 7,1 milyon dollar, İrandan 5 milyon dollar, digər ölkələrdən isə 2,4 milyon dollar dəyərində neft ixrac edilib.

Bu dövrdə Ukraynadan neft və neft məhsullarının ixracı qeydə alınmayıb.

2018-ci ilin yanvar-avqust aylarında Ukraynaya 288 milyon dollar dəyərində neft ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,9 faiz çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu