Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb


Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb. Görüşün əsas məqsədi Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin monitorinq və qiymətləndirmə nəticələrini təqdim etmək olub. Müzakirə zamanı Strateji yol xəritələrində müəyyən edilmiş strateji hədəflərin yerinə yetirilməsi statusu haqqında Azərbaycanda donor və inkişaf təşkilatlarına məlumatlar verilib və həyata keçirilən islahatlar barədə məlumatlılıq təmin olunub.



İİTKM-in icraçı direktoru Vüsal Qasımlı illik hesabatın monitorinq və qiymətləndirmə nəticələrini təqdim edərək bildirib ki, Strateji yol xəritələrinin icrasına beynəlxalq ictimaiyyətin diqqəti təqdirəlayiqdir: “Bu bir daha göstərir ki, ölkədə aparılan iqtisadi islahatlar açıq hökümət, şəffaflıq və hesabatlılıq prinsiplərinə tam uyğundur. Beynəlxalq təşkilatlar strateji yol xəritələrinin icrasında texniki dəstək, bacarıqların inkişafı və araşdırmalara kəmək etməklə yanaşı, həm də sərmayə qoyuluşunda maraqlıdırlar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji yol xəritələrinin elə bir dialoq platforması kimi təqdim edir ki, bu müstəvidə hökümət qurumları və donor ictimaiyyəti müzakirələr aparır. Beləliklə, strateji yol xəritələrinin icrasında səmərəliliyin daha da artırılması imkanları yaranır. İİTKM-in monitorinq və qiymətləndirmə üzrə instutitsional inkişafında beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm rol oynayır. Xüsusən də monitorinq və qiymətləndirmə metodologiyasının inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsi əhəmiyyətlidir.”

V.Qasımlının təqdimatının ardınca, beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə hesabatın nəticələrinə dair fikir mübadiləsi aparılıb. İcraçı direktor iştirakçıların suallarını cavablandırıb. Qeyd edək ki, müzakirələrdə BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi, Beynəlxalq Maliyyə Korporasiya və 20-a yaxın xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib. Müzakirə donor qurumların koordinasiya mandatına malik olan BMT-nin İnkişaf Proqramının həmsədrliyi ilə keçirilib.

Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb
Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb
Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb
Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb
Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb
Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu