UNEC Radioda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə “Export Time” verlişi fəaliyyətə başlayacaq

Xəbərin çap versiyası
Tarix: 9-10-2018, 13:19    |    Xəbər oxunub: 536 dəfə
UNEC Radioda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə “Export Time” verlişi fəaliyyətə başlayacaq


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə UNEC Radioda “Export Time” verlişi fəaliyyətə başlayacaq. Veriliş çərçivəsində Azərbaycan ixrac siyasəti, dövlətin ixraca dəstəyi, ixracın yüksəldilməsi və çevik dövlət xidmətlərinin göstərilməsi, o cümlədən aylıq, rüblük və illik ixracla bağlı təhlillər, qanunvericilik dəyişiklikləri müzakirə olunacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyata keçirdiyi iqtisadi islahatların məntiqi nəticəsi olaraq sahibkarlıq, təhsil və elm klasterinin formalaşması ölkəmizin innovativ və rəqəmsal iqtisadiyyata doğru getməsini şərtləndirir.



Strateji Yol Xəritələrinin innovativ və elm tutumlu iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı strateji məqsədlərini əsas tutaraq, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi UNEClə birgə gənclərin iqtisadi biliklərinin yüksəldilməsi, sahibkarlıq düşüncə tərzinin aşılanması və ixraca dayanan iqtisadi artım mövzularında müzakirələr aparacaqdır. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə elm tutumlu iqtisadiyyatın və ixraca söykənən iqtisadi inkişafın gənc iqtisadçı və sahibkarların yetişməsi və formalaşması şəraitində mümkün olacağını bildirib: “Strateji Yol Xəritələrinin strateji hədəflərinə əsasən qeyd etmək istəyirəm ki, sürətli iqtisadi artımın insan kapitalının inkişafından asılı olması beynəlxalq nümunələrlə sübut olunub. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ixracatçı subyektlərə dəstək göstərməklə bərabər, sahibkarların maarifləndirilməsi və korporativ idarəetmə prinsiplərini aşılayır. Sonuncu layihə də maarifləndirmə xarakterli olmaqla, həmçinin gənc iqtisadçıların ixrac siyasəti ilə əlaqədar bilik və bacarıqlarının yüksəldilməsinə hesablanıb.”

Verilişin aparıcısı və UNEC Digital Marketinq Mərkəzinin rəhbəri Ramil Cabbarov bildirib ki, efir müddətində ixrac həyata keçirən şirkətlər üçün innovativ təşviqat yolları, sosial medianın yaratdığı imkanlardan, xarici bazarların operativ və spesifik araşdırmalarından danışılacaq.

Qeyd edək ki, “Export Time” verlişi ayda 2 dəfə olmaqla, UNEC radioda yayımlanacaq




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur