Bu məhsullar bahalaşıb- SİYAHI

Xəbərin çap versiyası
Tarix: 10-10-2018, 15:54    |    Xəbər oxunub: 538 dəfə
Bu məhsullar bahalaşıb-


2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, oyuncaqların, kitabların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, müalicə ləvazimatları və cihazlarının, minik avtomobillərinin, velosipedlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında avqust ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarında təhsil haqqı bahalaşıb, respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur