"Əməkhaqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük"- nazir


"Əməkhaqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük"-


Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənəcəyini proqnozlaşdırır.

AFN xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov bildirib: "Qarşımızda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib. Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük”.

M.Cabbarov həmçinin qeyd edib ki, vergidənyayınma miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsi, aksizli malların dövriyyəsinə nəzarətin güclənməsi kimi istiqamətlər müəyyənləşib: "Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənmdirilməsi, vergi ödənişlərinin optimalllaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmık üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu