15 min fəhlə tətilə başlayır


Türkiyədə metalurgiya zavodlarında çalışan 15 minə yaxın fəhlə ümumilli tətilə başlayır. Fəhlələr əmək haqlarının artırılmasını və işçilərin maaşları arasında bərabərlik tələb edir. Tətilin ilk mərhələsində 20-dən çox zavodda, o cümlədən beynəlxalq şirkətlərin müəssisələrində çalışan 10 minə yaxın fəhlə işə çıxmayacaq.

İkinci mərhələ isə fevralın 19-da başlayacaq. İki həmkarlar ittifaqı - fəhlələrin və sahibkarların mənafeyini qoruyan qurumların öz aralarında razılığa gələ bilməməsi qalmaqalın bu həddə gəlib çıxması ilə nəticələnib.

Bİrləşmiş Metal İşçiləri İttifaqının rəhbəri Adnan Sərdaroğlu “Assoşieyted Press”ə verdiyi müsahibədə bildirib ki, aksiyaya səbəb təkcə maaşların aşağı olması deyil, eyni zamanda maaşlardakı bərabərsizlik, sosial hüququların pozulması, rəhbərliyin rəsmi əmək müqavilələrini uzatmamasıdır.

Kütləvi tətillərin təkcə yerli Türkiyə sənayesinə deyil, həmçinin Alstom, Şneyder, Delfi kimi iri beynəlxalq ağır sənaye şirkətlərinə təsir göstərəcəyi bildirilir.(ANSPRESS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu