ASCO “Caspian Ecology 2018” sərgisində xüsusi stendlə təmsil olunur

Xəbərin çap versiyası
Tarix: 14-11-2018, 14:23    |    Xəbər oxunub: 650 dəfə
ASCO “Caspian Ecology 2018” sərgisində xüsusi stendlə təmsil olunur


“Bakı Ekspo Mərkəzi”ndə IX Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi başlayıb.

Bir çox yerli və beynəlxalq təşkilatın iştirak etdiyi sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) də xüsusi stendlə təmsil olunur.

Sərginin açılış günündə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə yanaşı, digər dövlət rəsmiləri, aparıcı yerli və xarici şirkətlərin nümayəndələri də iştirak ediblər.

Nazir Muxtar Babayev ASCO-nun stendi ilə yaxından tanış olub. Nazirə məlumat verilib ki, bu ilki sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilk dəfə olaraq yenilənmiş ASCO brendi ilə təmsil olunur. Qeyd edilib ki, Ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Bundan başqa, vurğulanıb ki, Gəmiçiliyin donanmaları davamlı olaraq bütün ekoloji standartlara cavab verən yeni gəmilərlə zənginləşir. Hazırda Bakı Gəmiqayırma Zavodunda tikilən iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərə və iki yeni nəsil tanker də ekoloji nöqteyi-nəzərdən beynəlxalq tələb və normalara tam cavab verəcək.

Qeyd edək ki, ASCO-nun stendində ziyarətçilərə maketlər, şəkillər, çap məhsulları, videoçarxların köməkliyi ilə Gəmiçiliyin göstərdiyi xidmətlər və fəaliyyəti haqqında məlumat verilir. Bundan başqa, ətraf mühitin mühafizəsi istiqamətində aparılan ekoloji proseslərin Gəmiçilikdə necə həyata keçirildiyi əyani nümayiş olunur.

Sərginin əsas məqsədlərindən biri insanların diqqətini ətraf mühit problemlərinə cəlb etməkdir. Təşkilatçılar bildirir ki, bu sərgi Xəzər və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində təşkil edilən ən iri tədbirdir.

Üç gün davam edəcək “Caspian Ecology 2018” beynəlxalq sərgisi işgüzar əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinə kömək edəcək, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işə əlavə təkan verəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur