Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib

Xəbərin çap versiyası
Tarix: 16-11-2018, 16:56    |    Xəbər oxunub: 556 dəfə
Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib


Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) birgə həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində öz biznesini qurmaq istəyən xanımlara təlim keçirilib.



Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov tərəfindən keçirilən təlimdə xanımlar biznes planın hazırlanması, bazarın təhlilinin aparılması, məhsulun və xidmətin maya dəyərinin hesablanması, reklam və marketinq strategiyasının qurulması ilə bağlı müəyyən bilik və bacarıqlara yiyələniblər. 14-15 noyabr tarixlərində keçirilən təlimlərdə Cocuq Mərcanlı kəndinin və Füzuli rayonunun bir sıra kəndlərinin sakinləri iştirak ediblər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Qeyd edək ki, layihə çərçivəsində eyni təlimlər ötən ay Bakı və Sumqayıt şəhərlərində, Quba, Xaçmaz,Salyan və Neftçala rayonlarında keçirilib. Eyni mövzuda təlim 16 və 17 noyabr tarixlərində isə Mingəçevir şəhərində keçirilir. Yekunda təlimdə iştirak etmiş və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi ayrılacaqdır.

Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib
Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib
Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib
Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib
Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib
Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib
Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib
Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib
Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır

Elçin Quliyevin hesabat müşavirəsi qalmaqal yaratdı-

Elçin Quliyevin hesabat müşavirəsi qalmaqal yaratdı- Müdafiə Nazirliyindən açıqlama

"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində BNA-da qanvermə aksiyası keçirilib

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

Kamran Nəbizadə sərxoş halda Bakının mərkəzində dava saldı

Kamran Nəbizadə sərxoş halda Bakının mərkəzində dava saldı

"Arsenal" "Qarabağ"la oyundakı erməni təxribatı ilə bağlı bəyanat yaydı

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

Qazyan kəndində səyyar-qəbul görüş

Qazyan kəndində səyyar-qəbul görüş

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur