Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək


Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “İnternational Trade Centre” (İTC) şirkəti ilə birgə “Elektron Ticarət” və “İxrac prosedurları” üzrə təlimlər təşkil edir.



Təlimlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və İTC-nin dəvət etdiyi xarici ekspertlər tərəfindən 22-23 noyabr tarixlərində keçiriləcəkdir. İTC-nin ekspertləri Mohamed Es Fih, Tidiane Diop, Eldar Adilzadə təlim zamanı informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə proseduralar barədə ətraflı danışılacaq, həmçinin bu sahə üzrə fəaliyyət göstərmək istəyən iştirakçılarla praktik işlər görüləcək.

Qeyd edək ki Azexport portalı daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədi ilə müntəzəm olaraq təlimlər təşkil edir. Təlimdə iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://www.e-trade2018.ereforms.org



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu