Azexport portalının “Elektron ticarət” üzrə təlimi yekunlaşıb- FOTOLAR




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının “Beynəlxalq Ticarət Mərkəzi” (İTC) ilə birgə “Elektron Ticarət” və “İxrac prosedurları” mövzuları üzrə təşkil etdiyi təlim yekunlaşıb.



AFN xəbər verir ki, təlimdə özəl və dövlət qurumlarının 40-dan artıq əməkdaşı iştirak edib. Təlim interaktiv aparıldığı üçün müzakirələr fərqli qruplar üzrə ardıcıl 5 gün davam edib. İTC-nin ekspertləri Mohamed Es Fih və Eldar Adilzadə təlim zamanı iştirakçılara informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə mərhələlər barədə ətraflı məlumatlar təqdim ediblər.

Qeyd edək ki, “Beynəlxalq Ticarət Mərkəzi” (İTC) şirkəti ilə birgə “Elektron Ticarət” və “İxrac prosedurları” mövzusunda təşkil edilən təlim Azexport portalına daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədi ilə müntəzəm olaraq təlimlər təşkil edir.

Təlimin sonunda iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı və İTC tərəfindən sertifikatlar təqdim olunub.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu