“İqtisadi islahatların strateji idarəedilməsi:nəticələr və perspektivlər” mövzusunda ictimai mühazirə dinlənilib


“İqtisadi islahatların strateji idarəedilməsi:nəticələr və perspektivlər” mövzusunda ictimai mühazirə dinlənilib


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İqtisadi islahatların strateji idarəedilməsi: nəticələr və perspektivlər” mövzusunda birgə ictimai mühazirə keçirib.



İctimai mühazirənin əsas məqsədi ölkənin inkluziv inkişafı, elektron hökümətin inkişafı məsələləri ilə bağlı hədəflərin yeni istiqamətləri, strateji yol xəritələrinin icrasında strateji iradəetmənin rolu, strateji yol xəritələrinin qiymətləndirilməsi və.s kimi mövzular ilə bağlı biliklərin elmi tədqiqatçılara çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılmasıdır.

DİA-da təhsil alan magistrant və doktorantlar üçün nəzərdə tutulmuş mühazirədə DİA-nın rektoru, akademik Urxan Ələkbərov “İnklüziv inkişaf və idarəetmə texnologiyaları: Azərbaycanın təcrübəsi”, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı isə “İqtisadi islahatların strateji idarəedilməsi: nəticələr və perspektivlər” adlı acılış mühazirəsi ilə çıxış ediblər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilən sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında keçirilən Davos forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf indeksi bir çox Avropa İttifaqına üzv olan dövlətlərin göstəricilərindən yüksək olduğu qeyd edilib.

Akademik U.Ələkbərov ölkənin iqtisadi və ticarət əlaqələrinin genişəndirilməsində müstəsna əhəmiyyətə malik strateji yol xəritəsinin, elektron hökümətin inkişafı ilə bağlı qərarların Azərbaycanın müasir tərəqqisində mühüm rol oynadığı vurğulanıb. U.Ələkbərov Azərbaycanın uğurlu inkişafınında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məruzə ilə çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatında aparılan davamlı iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Vüsal Qasımlı vurğulayıb ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji yol xəritələri strateji idarəetmənin əsasını qoyub. “Yaxşı idarəetmə” və “açıq hökumət” prinsiplərinə söykənən institutsional islahatlar iqtisadi səmərəliliyi artırır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru V.Qasımlı qeyd edib ki, Azərbaycanın “Doing Business” hesabatında ən islahatçı ölkə statusunu saxlaması da təsadüfi deyil. Çünki, 2018-ci ildə açıqlanacaq “Doing Business-2019” hesabatında Azərbaycanın mövqeyinin gücləndirilməsini təmin edəcək - biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənilməsi, xarici ticarətin aparılması, müqavilələrin icrasının təmin edilməsi və müəssisənin bağlanması kimi istiqamətləri üzrə ciddi iqtisadi islahatlar aparılıb.

Vüsal Qasımlı əlavə edib ki, İİTKM tərəfindən gerçəkləşdirilən Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, vahid online ixrac ərizəsi, EnterpriseAzerbaijan.com saytı kimi layihələr rəqəmsal iqtisadiyyat quruculuğuna ciddi töhfədir.

Daha sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu