ƏDV-nin bir hissəsini geri ala biləcəyik: Bunun üçün nə etməli?

Xəbərin çap versiyası
Tarix: 11-01-2019, 20:39    |    Xəbər oxunub: 582 dəfə
ƏDV-nin bir hissəsini geri ala biləcəyik:


Vergi Məcəlləsinə edilən dəyişikliklər və onların təsir mexanizmləri bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə olunub.



2018-ci ildə Azərbaycanın vergi qanunvericiliyinə edilən əhəmiyyətli dəyişikliklər müxtəlif sahələri əhatə edib – biznesə dəstək, vergidən yayınma hallarının qarşısının alınması, kölgə iqtisadiyyatı ilə mübarizə, vergiyə cəlb olunan subyetklərin bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin effektivliyinin artırılması və sair.

Vergi sahəsi üzrə mütəxəssislər Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında bu mövzulara aydınlıq gətiriblər. Həmçinin "Facebook” sosial şəbəkəsi vasitəsilə verilən birbaşa sualları cavablandırıblar. Müzakirədə "İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin direktoru Radil Fətullayev və Bakı Hesabat Mərkəzinin direktoru, müstəqil auditor Mehdi Babayev iştirak ediblər.

Ruslan Atakişiyev bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişiklərin əsas məqsədlərin biri kölgə iqtisadiyyatının həcminin azaldılmasıdır. Buna nail olmağın yollarından biri də sadələşdirilmiş vergi bazasının azaldılmasıdır. Çünki bir çox hallarda vergidən yayınmaq üçün sadələşdirilmiş vergi sistemindən istifadə olunurdu.

Vergi Məcəlləsində dəyişiklik ən çox kiçik sahibkarlıq subyektlərinə təsir edib. Mehdi Babayev düşünür ki, onların vergi yükü heç də artmır. Hətta az vergi belə, ödəyə bilərlər. Əlbəttə, gəlir və xərclərin uçotunu düzgün apardıqları halda.

Radil Fətullayev isə qeyd edib ki, vətəndaşlar ödədikləri ƏDV məbləğinin bir hissəsinin ödəniş şəklində geri ala biləcəyini bilsələr, daha çox hallarda kassa çekini tələb edərlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır-

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır- ƏƏSMN rəsmisi

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Sabah Bakıda çiskin olacaq

Sabah Bakıda çiskin olacaq

Vergilər Nazirliyi

Vergilər Nazirliyi "Veysəloğlu"nu cərimələdi- Şirkətdən etiraz: "Cərimə əsassızdır..."

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Azərbaycan millisi Xorvatiyaya qarşı

Azərbaycan millisi Xorvatiyaya qarşı

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub-

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub- FOTOLAR

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu-

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu- Narazılıq böyüyür

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur