“Azexport” portalının xüsusi buraxılışı nəşr olundu


“Azexport” portalının xüsusi buraxılışı nəşr olundu


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın 2019-cu ildə ilk sayı Azexport portalının fəaliyyətinə həsr olunub. İcmalda portalın fəaliyyət istiqamətləri, yaratdığı imkanlar, inteqrasiya olunduğu platformalar, əməkdaşlıq əlaqələri, sahibkarların savadlılığının artırılması məqsədi ilə təşkil olunmuş təlimlər və region turları çərçivəsində keçirilən çoxsaylı görüşlər barədə məlumatlar yer alıb. Həmçinin, portalın məlumat bazasının strukturu, zənginliyi və istifadəyə rahatlılığı əyani nümayiş olunub. Azexport portalı vasitəsilə yerli məhsullara daxil olmuş xarici sifarişlərin dəyərinin ötən illə müqayisədə artan tempini göstərən statistik məlumatlar, bu sifarişlərin daxil olduğu ölkələrin sayı və ən çox sifariş almış top 10 məhsulun siyahısı oxuculara infoqrafik təsvirlərlə təqdim olunub.



Bundan başqa, Azexport portalının tərkib hissəsi olaraq, fəaliyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı və bu qovşaq vasitəsilə onlayn şəkildə təqdim edilən Onlayn Vahid İxrac Ərizəsi barədə ümumi məlumatlar və istifadəçilər üçün yaratdığı üstün imkanlar da icmalın cari sayında öz əksini tapıb. Azexport vasitəsilə sahibkarlar üçün böyük ixrac imkanları yaradan və Azərbaycanda bir ilk olan Sərbəst Satış Sertifikatı barədə məlumatlar qeyd olunub, həmçinin, bu sertifikat vasitəsilə Azərbaycan məhsullarının çıxarıldığı yeni bazarlar xəritə üzərində göstərilib. İcmalın son bölməsində isə portaldan istifadə edən və müsbət təsirlərini görən istifadəçi və sahibkarların Portalın onlar üçün yaratdığı imkanlara dair rəyləri yer alıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan Azexport.az Azərbaycan mənşəli mallar haqqında məlumat bazası və onların daxili və xarici bazarlarda satışını təmin edən əlverişli və unikal platformadır. Portal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncamı ilə yaradılıb.

“Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın Azexport.az portalına dair xüsusi buraxılışı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

İqtisadiislahat.org

“Azexport” portalının xüsusi buraxılışı nəşr olundu
“Azexport” portalının xüsusi buraxılışı nəşr olundu
“Azexport” portalının xüsusi buraxılışı nəşr olundu
“Azexport” portalının xüsusi buraxılışı nəşr olundu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu