Aqrar Kredit və İnkişaf Agentliyi vətəndaşlara hesabat verib


Aqrar Kredit və İnkişaf Agentliyi vətəndaşlara hesabat verib


“Yer kürəsindəki çay və qrunt sularının təxminən 70 faizi kənd təsərrüfatı məhsullarının istehsalına sərf olunur. Bu səbəbdən də aqrar sahənin inkişafı üçün həyata keçirdiyimiz layihələrdə fermer təsərrüfatlarının su ilə təmini bizim priopitetlərimizdəndir”, – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”nin Yevlax rayonunda ictimaiyyətə aralıq hesabatında AKİA sədri Mirzə Əliyev belə bildirib.



Agentlik sədri qeyd edib ki, Layihənin əsas komponentlərindən biri “Kənd İnfrastrukturunun İnkişafı və Sudan İstifadəedənlər Birliklərinə dəstək”dir. Bu komponent çərçivəsində Ağdaş rayonunda 35 min, Yevlax rayonunda 40 min hektaradək suvarılan ərazidə təmir-bərpa işlərinin aparılmasi nəzərdə tutub. Suvarma sistemlərinin bərpası nəticəsində 124 kənddə 27 minə yaxın təsərrüfatın su ilə təminatı yaxşılaşacaq.

“Bu günədək 71 kəndin ərazisində təmir-bərpa işəri aparılıb. Bu da nəzərdə tutulan işlərin 58 faizini əhatə edir. Layihəyə uyğun olaraq, 17 Sudan İstifadə edənlər Birliyi formalaşdırılıb. Onların ofis binalarının tikintisi üçün layihələndirmə dizayn işləri tamamlanıb”,– deyə Mirzə Əliyev deyib.

Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi 2011-ci ildən fəaliyyətə başlayıb. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və İslam İnkişaf Bankı ilə birgə reallaşdırır. Layihənin əsas məqsədi Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında ərzaq təhlükəsizliyi və gəlirlərin artırılması imkanlarını təkmilləşdirməklə kənd əhalisinin rifahını yaxşılaşdırmaqdır.

Layihə 3 komponentdən – “Kənd İnfrastrukturunun İnkişafı və Sudan İstifadəedənlər Birliklərinə dəstək”, “Kənd təsərrüfatı məhsuldarlığı və rentabelliyin artırılması” və “Müəssisələrin İnkişafı üçün kənd maliyyə xidmətləri” komponentlərindən ibarətdir.

Layihə çərçivəsində kənd təsərrüfatı məhsuldarlığı və rentabelliyin artırılması istiqamətində bir sıra addımlar atılıb. Xüsusilə, fermerlərin bilik və bacarıqlarının artırılması üçün keçirilən təlimləri, hazırlanan vəsaitləri qeyd etmək olar. Ötən ilin sonlarında çap edilib, layihə ərazilərində yayılmış “Fermerlər əkinçilikdə nəyi bilməlidirlər” kitabı bu sahədə lazımlı vəsaitlərdəndir.

650-dək təsərrüfatda yeni sort məhsuldar bitkilərin toxumunun əkilməsi və digər fermerlər arasında yayılması məqsədilə fermerlər toxumla təmin edilib və onlara əkin texnologiyaları aşılanıb.

Bundan başqa, Layihə çərçivəsində eroziyaya uğrayan torpaqların bərpası üzrə işlər görülüb, Bank Olmayan Kredit Təşkilatları vasitəsilə 5000 nəfərdən çox fermerə kiçik və orta müddətli kreditlər verilib. Kredit alanların 37%-ni qadınlar təşkil edir.

Azərbaycan Respublikası ilə IFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) arasında əməkdaşlıq 1997-ci ildən başlanıb. Bu təşkilatla Azərbaycan hökuməti birgə 4 layihə həyata keçirib, hazırda 5-ci layihə həyata keçirilməkdədir.

Aqrar Kredit və İnkişaf Agentliyi vətəndaşlara hesabat verib
Aqrar Kredit və İnkişaf Agentliyi vətəndaşlara hesabat verib
Aqrar Kredit və İnkişaf Agentliyi vətəndaşlara hesabat verib
Aqrar Kredit və İnkişaf Agentliyi vətəndaşlara hesabat verib
Aqrar Kredit və İnkişaf Agentliyi vətəndaşlara hesabat verib
Aqrar Kredit və İnkişaf Agentliyi vətəndaşlara hesabat verib
Aqrar Kredit və İnkişaf Agentliyi vətəndaşlara hesabat verib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu