“AXA MBASK” agentlərlə əməkdaşlığı dayandırdı


“AXA MBASK” agentlərlə əməkdaşlığı dayandırdı


Azərbaycanın aparıcı sığorta şirkətlərinən olan «AXA MBASK» sığorta şirkəti bu gündən etibarən bütün agentlərlərlə əməkdaşlığı dayandırıb.



Şirkət bu gündən etibarən əməkdaşlıq etdiyi agentlər üçün “user”ləri (sığorta polisinin online platformada yazılması üçün verilən istifadəçi kodu) bağlayıb.

Qeyd edək ki, dünən şirkətin İdarə Heyətinin sədri Selcuk Adıgözəl “AXA MBASK”ın fəaliyyətinin kəskin məhdudlaşdırdığını qeyd etmişdi.

Eləcə də bax: Tanınmış agent "AXA MBASK"ı tərk etdi

O bildirib ki, şirkət öhdəliklərini icra etmək şərtilə bəzi sığorta növləri üzrə yeni müqavilələr imzalamağı dayandırıb: «Hazırda şirkət yalnız icbari sığorta növləri üzrə müqavilələri qəbul edir. Amma agentlərə qanunvericilikdə nəzərdə tutulan həcmdə komissiya ödəmək şərtilə».
S.Adıgözəl bildirib ki, baş verən dəyişikliklə məqsəd, şirkətin öhdəliklərini azaltmaqdır, ona görə də daha zərərli sığorta növləri üzrə portfel azaldılır. «Bu dəyişikliklər «AXA Mbask»ın ölkədən getməyə hazırlığıdırmı?» sualına cavab olaraq S.Adıgözəl bildirib ki, bununla bağlı heç bir rəsmi qərar yoxdur.

Lakin bu gündən etibarən şirkət bütün agentlərlə əməkdaşlığı tam dayandırıb. FED.az-ın qərb bürosu şirkətin bir neçə agenti ilə əlaqə saxlayaraq faktı təsdiq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu