Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib


Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib


Energetika Nazirliyində Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, nazir Pərviz Şahbazov iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişafının vacibliyini və bu istiqamətdə Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu, eləcə də Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin Menecer Təlimi Proqramının mühüm rolunu qeyd edib. Nazir deyib ki, enerji sahəsində Almaniya ilə çoxşaxəli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar var. Bildirilib ki, Azərbaycanın Almaniyaya ixracında əsas payı neft və neft məhsulları təşkil edir. Belə ki, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 2 mln 283 min ton xam neft təchiz edilib. Bundan başqa UNİPER şirkəti ilə neft-qaz istehsalında enerji səmərəliliyinin artırılması, Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin müasirləşdirilməsi, eləcə də elektroenergetika sektorunda “Simens” və digər alman şirkətləri ilə həyata keçirilən layihələrdən danışılıb.

Ölkədə elektrik stansiyalarının diaqnostika və auditinin aparılması, generasiya güclərinin və elektrik enerjisinin ötürücü sisteminin optimallaşdırılması və bərpası proqramlarının hazırlanmasında Almaniyanın VPC, ENERCO kimi şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib.

Hazırda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilərək, “SimensGamesa” şirkətinin nümunəsində bu sahədə Almaniya ilə əməkdaşlığa maraq ifadə edilib.

Görüşdə təmsil olunan UNİPER, EWE, VİTO və digər alman şirkətləri isə enerji sahəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu